Yerevanda Qarabağ danışıqlarının detalları məlum oldu




Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaşpşiklə görüşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasının danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə qarşılıqlı etimad və sülh prosesi üçün mühitin yaradılması istiqamətində addımların atılmasının vacibliyi vurğulanıb.