Yevda Abramovdan mətbuata sərt ismarıc:"Niyə şərəf və ləyaqətimə toxunurlar ? !"

"Yazırlar ki, Yevda Abramov xaricə müalicəyə dövlət hesabına göndərilib. 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan dövlətin pulu ilə hara gedirəm ?"



"Səhhətimlə bağlı heç kimə, heç bir söz deməmişəm. Haqqımda yazılanlar yalandır. Mətbuatda barəmdə yazılan yalan məlumatların verilməsini istəmirəm".

Bu barədə "Sherg.az" millət vəkili Yevda Abramov bildirib. 

O qeyd edib ki, Azərbaycan mətbuatında çalışan savadsız jurnalistlərin yerinə xəcalət çəkir:

"Jurnalist gərək məlumatı dəqiqləşdirsin. Çünki yanlış məlumat insanın şəxsiyyətinə toxunur. Müalicəm üçün kimsə mənə maddi dəstək göstərməyib. Öz hesabıma müalicə almışam. Səhhətim də pis olmayıb. Özüm təyyarəyə bilet alıb, oturub getmişəm. Mən şou əlhli və ya müğənni deyiləm ki, məndən şou düzəltsinlər. Düzdür,xəstələnmişəm. Bu da mənim şəxsi işimdir. İnsan xəstələnə də bilər. Bu, mənim və ailəmin işidir, mətbuatın işi deyil".

Hazırda səhhətinin normal olduğunu deyən deputat söyləyib ki, hamı xəstələnə bilər: 

"Mən bunu pulla almamışam ki? ! Yazırlar ki, Yevda Abramov xaricə müalicəyə dövlət hesabına göndərilib. 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan dövlətin pulu ilə hara gedirəm ? Mənim özüm çoxsaylı insanlara maddi yardım göstərib, onları xaricə müalicəyə göndərmişəm. Niyə şərəf və layaqətimə toxunurlar ? Məndən inciməyin, amma bəzi jurnalistlər insanların şərəf və ləyaqətinə toxunmaqla məşğuldur. Xəbəri dəqiqləşdrmədən yazırlar. Bu da arzuolunmaz hallara yol açır".

Qeyd edək ki, millət vəkili Yevda Abramov bir müddət əvvəl səhhətində problemlər yaranıb.Və müalicə üçün İsrailə yollanıb. 

Ayyət Əhməd