Yıldırım İmamoğlunu təbrik etdi: “Nəticənin İstanbul üçün xeyirli olmasını diləyirəm”




"Hazırda rəqibim Əkrəm İmamoğlu səs sayına görə öndədir. Onu təbrik edirəm, uğurlar arzulayıram”.

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, bu sözləri İstanbul bələdiyyə sədrliyinə hakim AKP-dən olan namizəd, sabiq baş nazir və parlament sədri Binəli Yıldırım, bu gün keçirilən təkrar səsvermənin ilkin nəticələrindən danışarkən deyib.

Yıldırım qeyd edib ki, seçki demokratiya deməkdir:

"Bu seçkilər də Türkiyə demokratiyasının qüsursuz olduğunu ortaya qoydu. Nəticələr təbii ki, rəsmi şəkildə sonra açıqlanacaq. Amma ilkin nəticəyə görə, Əkrəm bəy qabaqdadır. Nəticənin İstanbul üçün xeyirli olmasını diləyirəm. Bundan sonra Əkrəm İmamoğlu dostumuzun İstanbula gözəl xidmətlər edəcəyinə inanıram”.

Anar