Yol polisinin xüsusi oturacaq tələbi taksi və avtobuslara da aiddir? - RƏSMİ CAVAB
12:45 17.02.2017
Arxiv
487
"12 yaşadək uşaqların daşınması üçün xüsusi oturacaq (avto-kreslo) tələbi avtobus və taksi sürücülərinə aid deyil”.
Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, bu qaydalar taksi xidməti ilə məşğul olan şəxsi maşınlarda və ictimai nəqliyyatlarla tətbiq edilməyəcək.
Şöbə rəisinin sözlərinə görə, şəxsi maşın idarə edən və xüsusi oturacaq istifadə etmədən azyaşlını ön oturacaqda daşıyan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək: ""Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsində qeyd edilib ki, 12 yaşadək azyaşlı uşaqların maşının ön oturacağında xüsusi oturacaq ( avto-kreslo) olmadan aparılması inzibati məsuliyyət sayılır. Və buna görə sürücü 3 bal və 60 manat cərimə ilə cəzalandırılacaq”.
V.Əsədov onu da qeyd edib ki, avto-kreslolarla bağlı bu qərar arxa oturacaqlara şamil edilməsə də, sürücü özü arxa oturacaqda daşıdığı azyaşlı sərnişinin təhlükəsizliyini təmin etməlidir: "Azyaşlı uşaqların öndə və arxada nəzarətsiz oturmağı yolverilməz haldır və təhlükəlidir. Sürücülər qorxuya düşüb ki, hamısı cərimələnəcək. Bildirim ki, arxa oturacaqda avto-kreslonun olub-olmamağından, sürücünün buna görə məsuliyyətə cəlb edilib-edilməməyindən asılı olmayaraq təhlükəsizlik qaydalarını təmin etmək sürücünün öz işidir. "Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində konkret göstərilib ki, sürücü özünün və sərnişinlərin təhlükəsizliyini təmin etməlidir. Bir çox inkişaf etmiş ölkələrdə sürücülər arxa oturacaqlarda da azyaşlılar üçün xüsusi oturacaqlardan istifadə edirlər”.
V.Əsədov aydınlıq gətirib ki, azyaşlının arxa oturacaqda da avto-kresloda daşınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulmayıb, ancaq sürücü təhlükəsizliyi təmin etməyi bacarmalıdır: "Bizim bu işdə məqsədimiz təhlükəsizliyi təmin etmək, yol qəzalarının sayını aşağı salmaq, qəzaların ağırlıq dərəcələrini yüngülləşdirməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya