Yollar buz bağlayacaq
10:18 25.01.2016
Arxiv
773
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada havaşəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran ƏliyevAPA-ya bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır: "Texniki cəhətdən nasaz olan, əsasən, şinlərinin zehləri yeyilmiş avtomobillərin sürücülərindən, eləcə də təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, qarlı-çovğunlu günlərdə nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməsinlər. Buzlu yolda hərəkət edərkən yola çıxmazdan əvvəl avtomobilin əyləc və sükan sistemlərini, təkərlərin vəziyyətini yoxlasınlar. Sürücülərdən tələb olunur ki, hərəkət sürətini, digər avtomobillərlə ara məsafəsini yol örtüyündən və hava şəraitindən asılı olaraq düzgün seçsinlər”.
K. Əliyev qeyd edib ki, hazırda magistral yollarda qar olsa da, bu, nəqliyyatın hərəkətində məhdudiyyət yaratmayıb: "Respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır”.
K. Əliyev bildirib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi