Yoxsulluğuna lağ etdilər: 14 yaşlı qız buna dözməyib intihar etdi





İngiltərədə yoxsul olduğu üçün lağ obyektinə çevirilən Ashleigh Boves adlı 14 yaşlı gənc, otağında ölü tapılıb. Gənc qız məktəb yoldaşları tərəfindən depressiyaya salınıb və yoxsul olması səbəbiylə hədəfə alındığı bildirilir.

Bovesin intihar üsullarını izah edən internet saytlarını araşdırdığı və dərmandan istifadə edərək intihar etdiyi bildirilir. Otağından tapılan məktubda gənc qız "Anlayacağınızı düşünürəm. Buna dözə bilmirəm” şəkilində qeydlər buraxıb. "Biz yoxsuluq. Sizin kimi böyük markalara sahib deyilik” yazan gənc "Bunda lağ ediləcək bir şey yox. Sözlər adamı öldürər” deyərək yoldaşlarına reaksiya verir. Bovesin intihar etmədən əvvəl dovşanını uzaqlaşdırdığı, anasını öpdüyü və yatağına getdiyi bildirilir. Ailəsinin qızlarının intihar edəcəyinə dair bir işarə görmədikləri deyilir.