Zahid Oruc medalları əməkdaşlarına təqdim etdi - FOTOLAR
13:18 31.07.2019
Arxiv
930
İyulun 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlarına medallar təqdim edilib.
STM-dən "Sherg.az"a verilən məlumata görə, təqdimetmə mərasimində STM-in İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc çıxış edərək, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının əhəmiyyətindən danışıb. Mərkəz rəhbəri dövlət başçısının adıçəkilən medalın təsis edilməsi haqqında Sərəncamı ilə bağlı qeyd edib ki, bu, Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.
Zahid Oruc bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti tariximizin şərəfli səhifəsini təşkil edir və bununla bağlı prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu.
O, Sosial Tədqiqatlar Mərkəzinin qarşısında dayanan missiyanın da Azərbaycan Respublikasının inkişafı ilə bağlı fəaliyyət olduğunu bildirib.
STM rəhbəri Cümhuriyyət tarixinin tədqiq olunmasında, təbliğində, o cümlədən Azərbaycan dövləti ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qurulmasında və qorunmasında müstəsna xidmətlər sahibi olan Ulu Öndər Heydər Əliyev ideallarına sədaqət göstərən və ictimai-siyasi həyatda fəallıqlarına görə təltif edilən əməkdaşları - Elşad Mirbəşir oğluna, Tahirə Allahyarovaya və Əfqan Vəliyevə medalları təqdim etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət