Bütün bu uğurlar prezidentin qətiyyətli, prinsipial və düşünülmüş siyasətin nəticəsidir
Zəfərə gedən yol...
Azərbaycan sabitlik adasına çevrilib
Bütün bu uğurlar prezidentin qətiyyətli, prinsipial və düşünülmüş siyasətin nəticəsidir
Bütün bu uğurlar prezidentin qətiyyətli, prinsipial və düşünülmüş siyasətin nəticəsidir
Azərbaycanın dünya birliyində yüksək reytinq qazanmasını şərtləndirən əsas amillərdən biri uğurlu daxili və xarici siyasət kursudur. Qloballaşan dünyada sosial, siyasi, iqtisadi və mədəni sahələrdə islahatların davamlı olaraq həyata keçirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına önəm verilməsi, ən əsası isə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycan dövləti üçün hər zaman prioritet olub. Müstəqillik qazanmış dövlətlərin qarşısında duran ən mühüm strateji vəzifə məhz ictimai-siyasi sabitliyin təmin olunması və mühafizə edilməsidir.
Bir ölkədə davamlı ictimai-siyasi sabitlik hökm sürürsə, iqtidarla xalq arasında sarsılmaz vəhdət yaranırsa, həmin ölkə bölgənin gücünə çevrilir. Dünya düzənində baş verən gərgin siyasi proseslər, beynəlxalq iqtisadi müstəvidə tüğyan edən və siyasi motivlərlə müşayiət olunan böhranlar bir çox ölkələri məhv olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoyub. Son illərdə dünyanın müxtəlif yerlərində, Yaxın və Uzaq Şərqdə, Mərkəzi Asiyada, Amerika və Afrika qitələrində baş verən insidentlər, siyasi qarşıdurmalar, humanitar böhranlar, iqtisadiyyatın çöküşü və insanların təhlükəsiz yaşamaq imkanlarından məhrum edilməsi bəşəriyyəti iflic vəziyyətə salıb. Qaynar münaqişə ocaqlarının durmadan artdığı, terrorizmin sürətlə yayıldığı zamanda Azərbaycan kimi kiçik bir ölkənin iqtisadi cəhətdən dünyanın diqqətini özünə çəkəcək qədər güclənməsi və ictimai-siyasi sabitlik nümunəsinə çevrilməsi gənc dövlətimiz üçün çox böyük bir uğur sayılmalıdır.
İdarəetmə sisteminə gətirilən yeniliklər siyasi sabitliyi dayanıqlı edib
Dünyanın yarısından çoxunun zəlil duruma düşməsinə baxmayaraq, sabitlik adasına çevrilən ölkəmizdə insanlar sərbəst və təhlükəsiz şəkildə yaşayırlar. 15 illik zaman kəsiyində Azərbaycan addım-addım yol qət edərək regionun super dövlətinə, sabitlik məkanına çevrilməyi bacarıb. Bu səbəbdən bölgəmizdə heç bir siyasi-iqtisadi layihə Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilə bilmir. Əlbəttə ki, bütün bu uğurlara Prezident İlham Əliyevin yorulmadan apardığı qətiyyətli, prinsipial, əsaslı və müdrik siyasət nəticəsində nail olunub. Dövlət başçısı İlham Əliyev beynəlxalq səviyyədə qəbul edilən, dünyanın siyasi fəlsəfəsini bütünlüklə dərk edən və dəqiq qərarları ilə həmişə bir addım öndə olan liderdir. Məhz cənab Prezidentin idarəetmə sisteminə gətirdiyi yeniliklər və apardığı düşünülmüş siyasət nəticəsində ölkəmizdə sabitlik formalaşıb və Azərbaycan dünyada tanınıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ildə qazanılan nailiyyətləri saymaqla qurtaran deyil. Sadəcə, bu müddət ərzində ölkəmizin regionda və beynəlxalq arenada çox böyük nüfuz sahibi olmasını və siyasi sabitlik məkanına çevrilməsini vurğulamaq yetərlidir. Qısa zamanda Azərbaycanda reallaşan mühüm beynəlxalq idman yarışları, olimpiadalar, siyasi görüşlər ölkəmizin yüksələn imicinin və etibarlı məkana çevrilməsinin ən bariz təzahürləridir. Məhz ölkəmizdə davamlı sabitliyin təmin edilməsi sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, mühüm idman və mədəniyyət tədbirlərinin keçirildiyi ölkə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı adını qazanıb.
İctimaiyyət Prezidentin qətiyyətli və xalqın maraqlarına xidmət edən siyasətinə böyük etimad göstərir
Məlumdur ki, həm daxildə, həm də xaricdə ölkəmizdəki siyasi sabitliyi pozmaq istəyən, iqtisadi cəhətdən asılı vəziyyətə salmağa çalışan məkrli qüvvələr var. Müxtəlif xarici dairələr tərəfindən maliyyələşən, erməni lobbisi ilə sıx əməkdaşlıq edən həmin xain qüvvələr öz qərəzli və əsassız ittihamları ilə daim Azərbaycanı qarışdırmağa, gözəl Vətənimizi terror yuvasına çevirməyə, ölkə rəhbərliyini nüfuzdan salmağa, ləkələməyə çalışıblar. Lakin həqiqətin fərqində olan Azərbaycan xalqı dövlət rəhbərinin fədakar fəaliyyətini hər zaman yüksək qiymətləndirib, öz dövlətinə və liderinə sahib çıxıb. Bu gün də ölkə ictimaiyyəti Prezident İlham Əliyevin yorulmaz, qətiyyətli və xalqın maraqlarına xidmət edən siyasətinə böyük etimad göstərir. Elə bu səbəbdən ictimaiyyətin böyük əksəriyyəti qarşıdan gələn prezident seçkilərində ölkə başçısını dəstəkləməyə hazır olduqlarını bildirirlər. Prezidentin həyata keçirdiyi siyasətin, quruculuq işlərinin, iqtisadi inkişafın və tərəqqinin xalq tərəfindən birmənalı müdafiə olunması intibahın, siyasi sabitliyin və əmin-amanlığın gələcəkdə də qorunmasına xidmət edir. Xalq anlayır ki, Azərbaycandakı sabitliyin, siyasi dayanıqlığın və rahat yaşamın qarantı məhz cənab İlham Əliyevdir. Dövlət başçısı şəxsən özü ölkədə ictimai-siyasi vəziyyətin sabit olduğunu dəfələrlə vurğulayıb, daxildəki problemlərin öz həllini tapdığını diqqətə çatdırıb: "Dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz hallar, siyasi və hərbi qarşıdurmalar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təcrid etmişik, əksinə, biz dünyaya açıq ölkəyik. Səbəb odur ki, Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, həmin dövlətlərdə sabitlik də, inkişaf da davamlı olur. Bizim yeritdiyimiz siyasət də milli maraqlara söykənir”. Dövlət başçısının da diqqətə çatdırdığı kimi iqtidar-xalq birliyi bəzi xəyanətkar qüvvələrin ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını alır.
Ölkəmizdəki siyasi sabitlik xarici müşahidəçilərdə heyrət doğurur
Respublikamızın sülhməramlı mövqeyi, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasının dövlət siyasətinin prioritetinə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də təqdir olunur. Ölkəmizdəki siyasi sabitlik və əmin-amanlıq bir çox xarici müşahidəçilərdə heyrət doğurur. ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys də müsahibələrinin birində ölkəmizdəki əmin-amanlığı, siyasi sabitliyi yüksək qiymətləndirib. Amerikalı ekspert ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, demokratik islahatların güclü iqtisadi inkişafla müşayiət edildiyini vurğulayıb. Analitik bunu ilk növbədə sabitliyin davamlı olması ilə əlaqələndirib: "Azərbaycanda son illər davamlı ictimai-siyasi sabitlik müşahidə olunur. Bu ölkə dünyada mükəmməl çiçəklənmə nümunəsinə çevrilib”. Avropa Parlamentinin sabiq deputatı Fiorello Proveranın "Azərbaycan çox zəngin və siyasi cəhətdən sabit ölkədir. Bu dövlət geosiyasi proseslərdə fəal şəkildə iştirak edir, heç zaman özünütəcrid siyasəti yeritmir”.
Rusiya İnnovasiya İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov da bildirib ki, rəsmi Bakı heç vaxt hər hansı böyük dövlətin təsiri altına düşməyib, kimlərinsə ona diktə etməsinə imkan verməyib: "Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrə nəzər salsaq, görərik ki, əksər ölkələrdə məhz seçkiqabağı dövr qalmaqallarla, gizli intriqalarla müşayiət olunur. Kənar qüvvələrin təsiri özünü açıq şəkildə göstərir. Azərbaycanda isə seçkiöncəsi ictimai-siyasi sabitlik mövcuddur. Bəzi kənar qüvvələrin qısqanclıqlarına baxmayaraq, Azərbaycan müstəqil siyasət nümunəsi sərgiləyir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətində olduğunu dəfələrlə nümayiş etdirib. Bu, eyni zamanda, ölkəni beynəlxalq layihələr üçün perspektivli tərəfdaşa çevirib. İndiki vəziyyətdə müstəqil xarici siyasət, iqtisadi inkişaf daxili siyasi sabitliyin təminatıdır. Bu mənada Azərbaycan hökuməti seçkilərlə bağlı kənardan mümkün təsirlərin qarşısını almaq gücündədir”.
İsmayıl