Zəhra tapıldı - 3 yaşlı "Vasmoy"a necə getdiyi məlum deyil - FOTO

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb.
APA-ya istinadən xəbər verir ki, hazırda uşağın səhhəti qaydasındadır.
Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxmışdı.
İtkin düşmüş Zəhranın dayısının virtualaz.org-a verdiyi məlumata görə, qızcığaz polis əməkdaşları tərəfindən "Neftçilər” metro stansiyasının yaxınlığında aşkarlanıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın həmin əraziyə necə getməsi ilə əlaqədar araşdırma aparırlar.
Zəhra fikrini çatdırmaqda çətinlik çəkdiyi üçün 8-ci kilometr qəsəbəsinə necə getməsi barədə məlumat verə bilmir.