Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasında qərəz var
20:52 22.01.2016
Arxiv
938
İlqar Altay: “İş beynəlxalq insan hüquqları məhkəməsinə qədər gedib çıxa bilər”
"Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarını tanınmış hüquqçu, kriminalist-tədqiqatçı İlqar Altay araşdıracaq. Məlum olduğu kimi, Z.Məmmədli 2014-cü ilin oktyabr ayında doğulduğu Gürcüstan torpağına gedərkən sərhəd məntəqəsində qadağa ilə üzləşib. Qurumun sədr müavini haqda da analoji qərar çıxarılıb, lakin sonradan qərar dəyişdirilib.
2014-cü ilin dekabr ayından istər Azərbaycanın, istər Gürcüstanın, istərsə də Türkiyənin müxtəlif ictimai-siyasi qurumları Gürcüstan hakimiyyətinə müraciətlər ünvanlayaraq Z.Məmmədli və müavini haqda çıxarılan ədalətsiz qərarın ləğv olunmasını istəyiblər. Ancaq bu ana qədər edilən ardıcıl müraciət və etirazlara rəğmən qərar dəyişilməyib. Z.Məmmədlinin müdafiə işini öz üzərinə götürən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay "Şərq”ə açıqlamasında məsələnin təfərrüatlarından danışıb: "Açıq, səmimi danışacam. Zəlimxan bəy bir qədər əvvəl dostumuz, millət vəkili Fazil Mustafanın yubiley tədbirində bunu məndən xahiş etdi. Bir vaxtlar Fazil bəyin də ikinci dəfə qərəzli hərbiyə çağırılması ilə bağlı müdafiəmizi xatırlatdı. Mən də Zəlimxan bəyin "Borçalı” Cəmiyyəti sədri kimi ümummilli işimiz üçün çalışdığını, bu yoldakı fədakarlığını bildiyim üçün bu işdə əlimdən gələni edəcəyimə söz verdim. Kiməsə dövlət orqanı tərəfindən haqsızlığı, qərəzi iddia etmək üçün onu faktla əsaslandırmalısan. Zəlimxan bəyin Gürcüstana buraxılmaması ilə bağlı təqdim edilən sənədlərə ilk baxışdan ona qarşı Gürcüstan dövlət orqanlarının qanunsuzluq etdiyi aydın oldu. Gürcüstan DİN tərəfindən verilən və qadağanı izah edən iki məktub biri-birini təkzib edir. Bundan başqa, dəfələrlə Gürcüstanda olub böyük kütləvi tədbirlər keçirən Z.Məmmədlinin orada heç bir pozuntusu qeydə alınmayıb, hansısa cəza tətbiq edilməyib. Amma birdən-birə deyirlər ki, sən filan maddə üzrə Gürcüstan tərəfdə təhlükəli addımlar atmısan. Ona görə də qadağa qoyulur. Amma əsas göstərə bilmirlər. Sadəcə deyirlər, olmaz, vəssalam”. Ekspertin sözlərinə görə, burada siyasi qərəz var: "Bu qərəz əsasən "Borçalı” Cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına və soydaşlarımızın etnik, milli və tarixi toplum birliyinə qarşı yönəlir. Hiss olunur ki, Gürcüstanın bəzi siyasi dairələri "Borçalı” Cəmiyyətinin xoşməramlı, qanuni fəaliyyətini həzm edə bilmir və özlərini sığortalayırlar. Vəziyyətlə tanış olduqda burada Gürcüstan tərəfinin tam haqsız olduğu ortaya çıxır. Bu əsassız və yersiz qərarları ilə Z.Məmmədlinin doğulduğu torpağa gəlmək və yaxınları ilə görüşmək hüququnu pozurlar. Bu hal özünü regionda demokratiya lideri sayan Gürcüstan dövləti üçün biabırçılıqdır. Prosesin gedişi onları hətta beynəlxalq aləmdə pis vəziyyətə sala bilər”. İ.Altay bildirib ki, burada iş həm məhkəmə-hüquq, həm də ictimai istiqamətdə getməlidir: "İş beynəlxalq insan hüquqları məhkəməsinə qədər gedib çıxa bilər. Bu da Gürcüstan hökumətinin məğlubiyyəti ilə bitər və yəqin ki, onlara baş ucalığı gətirməz. Azərbaycanımız o zaman güclü olar və istənilən böhran təlatümündən sağlam çıxar ki, bütün dünyadakı soydaşlarımızla vəhdətdə olsun. Onlara dəstək olsun və dəstək alsın. Bu mənada, ən yaxın coğrafi məkanda yerləşən Gürcüstandakı azərbaycanlılarımızın varlığı, möhkəmliyi və xüsusən indiki dövrdə onlarla sıx yaxınlıq və mübadiləmiz çox vacib şərtdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət