Zəngəzuru unutmayaq! "Zəngəzur: 100 sual, 100 cavab" kitabının əsas qayəsi budur
12:40 08.07.2019
Arxiv
741
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib. Elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin Zəngəzurun tarixinə dair kitablarında, elmi-publisistik məqalələrində istinad etdiyi mənbələrdən istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Kitabda Vətənimizin dilbər guşəsi olan Zəngəzurun tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “QHT Nəşriyyatı”nda işıq üzü görən kitabın nəşrində məqsəd bu torpaqların qədim dövrlərdən Azərbaycan xalqına mənsub olduğunu faktlarla ictimaiyyətə çatdırmaq, vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərini artırmaq, maariflənməsinə yardımçı olmaq, itirilmiş torpaqlarımıza sahiblik hisslərini diri saxlamaq, xalqımızın dədə-baba yurdlarımıza qayıdış ruhunu yüksəltməkdir. Kitab tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və zengezur.com saytında yerləşdirilib (http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf).
Nəşrin elmi redaktoru, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Qabil Əliyev kitaba rəyində xüsusi vurğulayıb ki, bu nəşr Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin müvəqqəti itirilmiş tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurun Azərbaycana məxsus olmasını sübut edən əsərlərin yazılması, tarixi gerçəkliyin üzə çıxarılıb yayılması, əsl həqiqətlərin təbliği, bu günkü, gələcək nəsillərə çatdırılması barədə tövsiyələrinə real cavabdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media