"Belə məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduqda, bu istiqamətdə araşdırılma aparılır. Belə hadisələrdə, orta məktəblərin, bələdiyyələrin, regionlarda fəaliyyət göstərən QHT-lərin fəaliyyətinin gücləndirilməsi vacibdir. Düzdür, hər bir problemin həllini, maarifləndirmə işlərini orta məktəblərin üzərinə qoymaq olmur. Çox zaman məktəblərin, müəllimlərin və pedaqoqların xəbəri olmadan bu cür faktlar qeydə alınır.
"Zorla ərə verilən azyaşlı qızları xilas etmək lazımdır"
16:40 27.06.2018
Arxiv
587
"Orta məktəblərdə uşaqları məlumatlandırmaq lazımdır ki, zorla ərə verilərkən, evləndirilərkən və ya bu kimi hallarda onlar hara müraciət edə bilərlər”.
Bunu "Sherg.az”a son günlər mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan azyaşlı qızların zorla evləndirilməsi faktlarının qarşısının alınmasından danışarkən "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib.
Onun sözlərinə görə, hətta 5-ci sinifdən şagirdlərə hüquqlarının pozulduğu zamanlarda hansı "qaynar xətt”ə zəng edəcəkləri aşılanmalıdır:
"Belə məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduqda, bu istiqamətdə araşdırılma aparılır. Belə hadisələrdə, orta məktəblərin, bələdiyyələrin, regionlarda fəaliyyət göstərən QHT-lərin fəaliyyətinin gücləndirilməsi vacibdir. Düzdür, hər bir problemin həllini, maarifləndirmə işlərini orta məktəblərin üzərinə qoymaq olmur. Çox zaman məktəblərin, müəllimlərin və pedaqoqların xəbəri olmadan bu cür faktlar qeydə alınır. Amma kiçik icmalar olan yerlərdə informasiya tez yayılır. Ona görə, orta məktəblərdə maarifləndirmə aparılması daha məqsədə uyğundur. Əsas məsələ isə, stereotiplərdən uzaq olmaq, qohumdur, qonşudur demədən, həmin azyaşlı uşaqları xilas etmək lazımdır”.
Qeyd edək ki, Lerik rayon sakini Mirtəmən Sadıqov boşandığı həyat yoldaşının 14 yaşlı qızını ərə verməsi ilə bağlı müraciət edib. O hüquq-mühafizə orqanlarından bu məsələyə münasibət bildirməsini istəyib: "Yetkinlik yaşına çatmayan qızımı anası ərə verir. Məsələnin həlli üçün dövlətdən kömək istəyirəm. Mən qızımın toyu haqda qohumlarımıza göndərilən dəvətnamədən xəbər tutmuşam”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat