Zülfiyyə Xanbabayeva: “Bayağılığa görə kənara çəkilmişəm”
11:37 08.04.2019
Arxiv
600
Xalq artisti Zülfiyyə Xanbabayeva 10 milyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsi münasibətilə təşkil olunan konsertdə iştirak edib.
Axşam.az-a danışan ifaçı bir sıra məsələlərə aydınlıq gətirib.
O, yaxın günlərdə yeni klipi ilə izləyicilərin qarşısına çıxacağını deyib:
"Yaxın günlərdə işıq üzü görəcək. Romantik bir mahnıdır. Musiqisi Hakan Erola, sözləri Leyliyə aiddir. Hazırda montaj gedir. Ekran işini Bakıda çəkdirmişəm. Zülfiyyə Xanbabayeva klipləri deyəndə ağıla Fuad Əlişov gəlir. Bu dəfə də klipimi ona etibar etmişəm”.
Xanbabayeva söhbət zamanı keyfiyyətli musiqiyə dəyər verənlərin az olduğunu bildirib: "Hər zaman bayağılıq olub, olacaq da. Onlar keçicidir. Zaman gələcək, hər şey ələnəcək. Bilinəcək ki, tarixdə kimlər qalacaq. İndi daha qabarıq şəkildə bayağılıq var. Çünki buna efirlər icazə verir. Zaman gələcək bunun da qarşısı alınacaq. 30 ildir səhnədəyəm. Tez-tez efirə çıxmaq, mahnılar ifa etmək kimi bir vərdişim olmayıb. Həmişə az görünmüşəm. İndi isə daha da kənara çəkilmişəm. Yəqin ki, bunlar bayağılığa görədir. Düşünürəm ki, keyfiyyətli musiqiyə qulaq asan yoxdur”.
O, "Tamaşaçılar sizdən konsert gözləyir” ifadəsinə maraqlı cavab verib:
"Mən də özümdən konsert gözləyirəm. Olanda mənə deyərsiniz (gülür)”.
Xanbabayeva bir zamanlar ATV-də "Sən və mən” proqramında aparıcılıq etməsindən də söz açıb: "O verilişin müddəti az idi. Bilirdim ki, qısa çəkəcək. Çünki çağırmağa adam yox idi. Əsl musiqini dərindən bilənlər və peşəkar ifaçıları verilişimə çağırırdım. Bir də proqram aparmaq çox çətin işdir”.
Sənətçi son zamanlar çəkilən kliplərə də münasibət bildirib: "Röyanın çəkdiyi klipləri çox bəyənirəm. Çox keyfiyyətli işlər görür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya