Gürcüstanda müxalifət parlamentin iclasını boykot etdi


Gürcüstanda müxalifət partiyaları parlamentin plenar iclasını boykot ediblər.

APA -nın yerli bürosu xəbər verir ki, müxalif "Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyalarının parlament fraksiyaları bugünki plenar sessiyanı siyasi boykot etdiklərini açıqlayıblar.
Partiyaların fraksiyaları bunun ölkədə baş verən proseslərlə əlaqəli olduğunu bildiriblər.

Parlament bürosunun artıq müxalifət fraksiyalarının boykot etmə müraciətini aldığı bildirilib.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin yaz sessiyasının sonuncu iclasıdır.