SOCAR Türkiyəyə 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

SOCAR Türkiyənin enerji sektoruna əlavə 7 milyard dollar sərmayə qoymağı planlaşdırır.

"Sherg.az" MiddleEastEye-a istinadən xəbər verir ki, SOCAR-ın neft emalı və neft-kimya biznes bölməsinin prezidenti Kənan Mirzəyev bildirib ki, şirkət Türkiyədə yeni neft-kimya müəssisələrinin yaradılmasına təxminən 7 milyard dollar ayırmağı planlaşdırır.

“Socar Turkey” şirkətinin baş direktoru Elçin İbadov isə bildirib ki, şirkət son 17 ildə 18,5 milyard dollarlıq sərmayə qoyaraq Türkiyənin ən böyük xarici investoru olub.

“Socar Turkey-də 10 mindən çox insan çalışır. Bu, Türkiyədə məşğulluğa böyük töhfə verir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan gündə təxminən 214 min barel neft emal gücünə malik Socar Star Neft Emalı Zavodunu yaratmaqla Türkiyəyə ən böyük birdəfəlik xarici sərmayəsini qoyub.