Ağsuda 165 qəzalı ev söküldü 


Ağsu rayonunda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, zəlzələdən sonra vətəndaşlar tərəfindən daxil olan 2880 müraciətdən 2804-nə baxış keçirilib.

Artıq yaradılmış komissiya bir neçə gündən sonra öz işini yekunlaşdıracaq. Komissiyanın sonuncu rəyinə əsasən, zəlzələdən sonra rayonda 355 evin qəzalı, 479 evin bərpa-gücləndirmə, 2886 evin isə təmirə ehtiyacı olduğu müəyyən edilib.

Hazırda rayon ərazisindəki 355 qəzalı evdən 165-i sökülüb. 13 qəzalı evin isə söküntüsü davam edir.

Sökülən 152 evin əksəriyyətində tikinti işləri yekunlaşmaq üzrədir.