Virtualaz.org bildirir ki, bu barədə Qazaxıstanın nəqliyyat üzrə polis departamenti məlumat yayıb.
Bildirilib ki, 28 iyun tarixində Nur-Sultan beynəlxalq hava limanında təyyarələrdən birinin salonunda qanun pozuntusunun baş verməsi barədə polisə məlumat daxil olub. Yoxlama zamanı 29 yaşlı Azərbaycan vətəndaşının təyyarədə siqaret çəkdiyi müəyyən edilib. Bu səbəbdən həmin şəxs polis tərəfindən saxlanılaraq 63125 tenqe məbləğində cərimələnib.