Prezident şəhid Milli Qəhrəmanın oğluna medal verdi


Prezident İlham Əliyevin 29 iyun tarixli sərəncamı ilə təltif edilən Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı arasında polis polkovnik-leytenantı Mirzəyev Elsevər Şirin oğluda var.

Polkovnik Elsevər Mirzəyev “Vətən uğrunda”medalı ilə təltif edilib.


Xatırladaq ki, E.Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı, polkovnik leytenant, şəhid Şirin Mirzəyevin oğludur. O, uzun illərdi Daxili İşlər Nazirliyində çalışır.