Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Bakı şəhərində müşahidə olunan hava şəraitinin iyun ayı üçün xarakterik olub-olmamağına aydınlıq gətirib.
ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında bildirib ki, çox illik meteoroloji məlumatlara əsasən, iyun ayında Bakıda ən sərin hava 1996-cı ildə qeydə alınıb.
U. Tağıyeva qeyd edib ki, 1996-cı ilin iyunun 2-də Bakıda havanın temperaturu 8.1 dərəcə olub.