Azərbaycan vətəndaşı olan Dinar Sarməmmədova iki il ərzində evli olduğu Muhammed Vuralın və ailəsinin zorakılığına məruz qaldıqdan sonra boşandığını, məhkəmənin iki yaşlı oğlunun tərbiyəsi üçün hüququ ona verdiyini, lakin buna baxmayaraq, neçə aydır uşağını görə bilmədiyini deyib, DHA agentliyi məlumat yayıb.
Virtualaz.org xəbər verir ki, 24 yaşlı Dinar Sarməmmədova Azərbaycanda pedaqoji ixtisas verən ali məktəb fakültəsini bitirdikdən sonra uzaq qohumu olan 25 yaşlı Muhammed Vuralla 2016-cı ildə ailə qurub və Iğdır vilayətinin Evci kəndinə gəlin köçüb. Gənc cütlük Vuralın anası ilə birgə yaşayıb və bir müddətdən sonra uşaqları dünyaya gəlib. Təxminən iki il sonra ailə Dinarın zorakılığa məruz qalması iddiası ilə məhkəməyə müraciətinə baxıldıqdan sonra dağılıb. Məhkəmə 2 yaşlı R.-in tərbiyəsi hüququnu anasına verib. Lakin Dinar aylardır ki, oğlunun üzünə həsrətdir. Uşağı ona göstərməkdən də imtina edirlər.
"Boşanmadan əvvəl heç bir əsasları olmadan uşağı əlimdən aldılar. Məcbur qalıb məhkəməyə müraciət etdim və boşanmaq istədiyimi bildirdim. 2019-cu ilin may ayında məhkəmə boşanma qərarı çıxardı və uşağın tərbiyəsi hüquqlarını da mənə verdi", - azərbaycanlı qadın deyir.
Lakin Iğdırda ekspert uşağın ailədə qalmasına qərar verib və Dinar Sarməmmədova Ankaraya gedərək, paytaxtda 4 nəfərlik psixoloq və ekspert heyətinin rəyini alıb. Həmin heyət uşağın anada qalmalı olduğunu müəyyənləşdirib.
"Bununla əlaqədar bütün rəsmi sənədlər əlimdədir. Onsuz da təhdid edirdilər, qərardan sonra isə heç bir qərara məhəl qoymayacaqlarını, topla-tüfənglə olsa da, uşağı verməyəcəklərini dedilər", - Dinar başına gələnləri danışır.
Bütün hüquqlarının ona məxsus olduğu oğlunu aylardır görə bilməyən Sarməmmədova səlahiyyətli orqanlardan və şəxslərdən kömək istəyib və kamera qarşısında göz yaşları töküb.
Türkiyədə azərbaycanlı gənc qadının fəryadı - "2 yaşlı oğlumun üzünü görə bilmirəm
"
22:16 30.06.2019
Cəmiyyət
290
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" -RƏY
09:01 07.01.2025
Siyasət
Hər ötən fürsət və keçən gün İrəvanın əleyhinə işləyir -Şərhçi
08:46 07.01.2025
Aktual
Yeni Suriya hökumətini Türkiyə təxribatlardan qoruyur -Politoloq
08:22 07.01.2025
Dünya
Analitik: Paşinyan xalqını hələ də inandıra bilmir
07:13 07.01.2025
Aktual
Yeni yayılan virus üçün risk qrupları açıqlandı
06:32 07.01.2025
Sağlamlıq
Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir?
05:15 07.01.2025
Cəmiyyət
Gəncədə piyadanı avtomobil vuraraq öldürüb
04:31 07.01.2025
Hadisə
Ukrayna NATO-ya Qərbi Almaniya modeli əsasında daxil olmaq istəyir
03:47 07.01.2025
Gündəm
Türkiyənin məşhur kanalı ukraynalı deputatı efirdən qovdu - SƏBƏB
03:29 07.01.2025
Dünya
Bayden keçidi çətinləşdirmək üçün əlindən gələni edir - TRUMP
02:24 07.01.2025
Siyasət
ABŞ Suriya ilə maliyyə əməliyyatlarını sanksiya altından çıxarıb
01:48 07.01.2025
Dünya
Qəzaya uğrayan təyyarəmizin qara qutusu oxundu - G1
01:36 07.01.2025
Gündəm
“Çelsi” Yunus Akgünü transfer etmək niyyətindədir
01:19 07.01.2025
İdman
Elza Seyidcahan Mikayıl Müşfiqin ev muzeyində - Foto
00:56 07.01.2025
Şou
Yuxusuz qalanlar neqativ fikirlərdən qurtula bilmir
00:33 07.01.2025
Sağlamlıq
Belqorodda hava hədəfləri vuruldu
00:28 07.01.2025
Hərbi
İsrail geri çəkilir, Livan ordusu Nakuraya girir
00:11 07.01.2025
Hərbi
Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı
00:05 07.01.2025
Aktual
Türkiyə klubu çempionatdan çəkilib
23:58 06.01.2025
İdman
ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqləyib
23:49 06.01.2025
Gündəm
"Roketsan"ın mühəndisi intihar etdi
23:34 06.01.2025
Dünya
Tramp Baydenin qoyduğu qadağanı aradan qaldıracağını vəd edib
23:18 06.01.2025
Dünya
Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırıb
23:06 06.01.2025
Gündəm
Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib
22:55 06.01.2025
Hadisə
Kim Çen Indan qəribə QADAĞA
22:46 06.01.2025
Dünya