Fransada «Hérault » quşçuluq fabrikində 250 toyuq istidən ölüb.
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, dünən Fransada temeperatur 50 dərəcəyə qədər yüksəlib.
Fabrikin rəhbəri Oror Ledu qeyd edib ki, insanlar, eləcə də quşlar istidən nəfəs ala bilmir. Hətta kölgədə, anbarda belə nəfəs almaq çətindir. Temperatur olduqca yüksəkdir. Ölənlər isə yumurtanın üstündə yatan kürd toyuqlardır. 300-ə yaxın kürd toyuq vardı, onlardan 250 –i öldü.