Nazir: “Polis sabitliyi bundan sonra da etibarlı şəkildə qoruyacaq”


“Ölkə başçısının rəhbərliyi ilə təkcə cari ildə sosial islahatların reallaşdırılması nəticəsində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının əməkhaqqı pul təminatı artırılıb”.
DİN-in mətbuat xidmətindən APA -ya verilən məlumata görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlikdə Azərbaycan polisinin növbəti ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, peşə bayramı ərəfəsində DİN-in 26 əməkdaşı dövlət mükafatları ilə təltif edilib, rəhbər vəzifəli bir şəxsə ali xüsusi rütbə verilib.
V. Eyvazov qeyd edib ki, Azərbaycan polisi sabitliyi, vətəndaşların təhlükəsizliyini, qanuni mənafelərini, hüquq və azadlıqlarını bundan sonra da etibarlı şəkildə qoruyacaq.