Prezident və birinci xanım məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında... - Yenilənib
19:18 05.07.2019
Cəmiyyət
691
İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlət başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən yaradılıb. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksdir.Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə altında həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub. Qeyd edək ki, 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.
Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb.Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşüblər.Sonda xatirə şəkli çəkdirilib.
11:58
Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi iyulun 5-də istifadəyə verilib."Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinin açılışında iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib
12:22 08.01.2025
Siyasət
Xəstəlik 7-ci günü keçirsə...Mütləq həkimə müraciət etmək lazımdır
12:09 08.01.2025
Gündəm
Xaçmazda gizlədilən avtomat tapılıb
11:55 08.01.2025
Hadisə
Mask psixi pozuntu keçirir, xəstədir - Abramson
11:49 08.01.2025
Dünya
QAİ Ermənistan hökumətindən dialoqa başlamağı tələb edir
11:42 08.01.2025
Siyasət
Xırdalanda məşhur şirkətinin işçisini maşın vurub öldürdü
11:35 08.01.2025
Hadisə
Küveytin Baş naziri İlham Əliyevə başsağlığı verib
11:28 08.01.2025
Siyasət
Bakıda avtomobil piyadanı vurub
11:21 08.01.2025
Hadisə
"Neftçi" iki futbolçusu ilə yollarını ayırdı
11:14 08.01.2025
İdman
Qonşuları narahat edənlər 200 manat cərimələnəcək - EKSPERT RƏYİ
11:07 08.01.2025
Aktual
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib - YENİLƏNİB
11:00 08.01.2025
Hadisə
Təyyarə qəzasında həlak olanların bank borcları silinib
10:49 08.01.2025
İqtisadiyyat
Türkiyədə güclü zəlzələ oldu
10:42 08.01.2025
Dünya
Yaxşı olar ki, Tehran odla oynamasın - ŞƏRH
10:35 08.01.2025
Siyasət
Sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb
10:28 08.01.2025
Cəmiyyət
Los-Ancelesdə yanğınlar: Harrisin iqamətgahı...
10:20 08.01.2025
Dünya
Xaçmazda kitabxana yanıb
10:00 08.01.2025
Hadisə
Pentaqon rəhbəri Almaniyaya səfər edib
09:54 08.01.2025
Dünya
Sərhəddə atışmalar Avropa missiyasının vaxtını uzatmaq planıdır
09:39 08.01.2025
Gündəm
Yücel Karauz: Təxribatları Paşinyana bağlı qüvvələr törətmir
09:11 08.01.2025
Siyasət
Makron ona görə qəzəblidir ki, Azərbaycana gücü çatmır - TƏHLİL
08:53 08.01.2025
Gündəm
Ermənistanın himayədarı İrandır -TƏHLİL
07:17 08.01.2025
Siyasət