“Yeni salınan yolların bir yağışlıq canı yoxdur”
Zemfira Budaqova: “Yol kəsişmələrində dəmir barmaqlıqlar qoyulurdu və şəhərdəki sular yığılaraq altdakı kanallar vasitəsilə dənizə gedirdi. Müəyyən müddət keçdikdən sonra paytaxtdakı kanalizasiyaları bağlandı və yeni kanalizasiya yolu açılmadı”
“Şəhərdəki xoşagəlməz görüntünü yox etmək üçün çıxış yolu odur ki, gərək dənizə açılan kanallar bərpa olunsun. Bu zaman problem həllini tapar. Amma həmin kanalları yenidən kim çəkəcək? Təbii ki, heç kim. Çünki dənizə açılan kanallar yerin altındadır. Çoxusunu da bağlayıb, çayxanalar, kafeler tikiblər”
Son günlər Bakıda və regionlarımızda yağışlı hava höküm sürür. Xüsusilə paytaxt yollarında xoşagəlməz görüntülər var. Çala-çuxurlu, yamaqlı yollarla hərəkət etmək demək olar ki, mümkün deyil.
Mütəmadi olaraq yeni yollar salınır, köhnələri təmir olunur.Bir sözlə, yol infrastrukturuna milyardlarla vəsait xərclənir. Yol salınarkən infrastuktur qaydalarına əməl edilmir, kanalizasiya xəttləri düzgün quraşdırılmır. Bu gün salınan yolların bir yağışlıq da canı yoxdur. Çünki yağış yağan kimi asfalt dağılıb-tökülür, çala-çuxur əlindən tərpənmək olmur. Çox keçmir ki, yollarda çatlar, gölməçələr əmələ gəlir. Yolların əksəriyyətində kanalizasiya sistemindən söhbət belə gedə bilməz.
Bəs, bu problemin həlli üçün nə kimi tədbirlər görülməlidir?
Sualımızı cavablandıran Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova “Sherg.az”a söylədi ki, şəhərsalmanın özünəməxsus qaydaları var:
“Köhnə şəhərimizi, yəni Bakını bir az da yeniləyib, böyüdüblər. Əvvəllər paytaxtdakı qədimi binalarda, yol ayrıclarının qabağında xüsusi dəmir barmaqlıqlar olurdu. Şəhərdəki bütün sular həmin barmaqlıqlara tökülürdü. Beləliklə şəhərin suları yığılıb dənizə axırdı. Bu da reylefdən asılıdır. Elə yerlər var ki, çökəkdir və yuxarı-aşağıdan gəlib yığılan su tərəfdə dəmir barmaqlıqlar olmalıdır. Hətta çökək olmayan, su yığılmayan yerlərdə də belə dəmirlərin olması vacibdir.Yol kəsişmələrində dəmir barmaqlıqlar qoyulurdu və şəhərdəki sular yığılaraq altdakı kanallar vasitəsilə dənizə gedirdi”.
Z.Budaqova bildirdi ki, müəyyən müddət keçdikdən sonra paytaxtdakı kanalizasiyaları bağlandı və yeni kanalizasiya yolu açılmadı:
“Bununla da bütün çirki sular və qırıntılar Xəzər dənizinə tökülür. Ona görə də dənizimiz zibil günündədir. Nə qədər təmizləsələr də kanalizasiya suyunu təmizləyib bitirə bilmirlər. Şəhər günü-gündən böyüyüb və su axan kanallar yoxdur. Şəhərdəki xoşagəlməz görüntünü yox etmək üçün çıxış yolu odur ki, gərək dənizə açılan kanallar bərpa olunsun. Bu zaman problem həllini tapar. Amma həmin kanalları yenidən kim çəkəcək? Təbii ki, heç kim. Çünki dənizə açılan kanallar yerin altındadır.
Çoxusunu da bağlayıblar və çayxanalar, kafeler tikiblər. Beləliklə həmin yerlərin hamısı istifadə olunur. O yerlərin hamısı arkalarla qoyulmuş yollar və sular idi. İndi isə həmin kanalları bərpa etmək qeyri-mümkündür. Yenisini də düzəltmək istəmirlər. Ona görə də şəhərimiz bərbad gündədir”.
Bakının dərdi var... - Fotolar+ VİDEO
16:54 09.08.2019
Cəmiyyət
834
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa çempionatının ən yaxşı qolu bəlli oldu
00:08 17.07.2024
İdman
İsrail ordusu HƏMAS-ın 9 aylıq itkilərini açıqlayıb
23:29 16.07.2024
Dünya
Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi
23:10 16.07.2024
Dünya
Makron hökumətin istefasını qəbul etdi
22:28 16.07.2024
Gündəm
Qarabağ İqtisadi Regionunda təlimlərə start verildi
21:44 16.07.2024
Gündəm
Mətbuat Şurasının yeni layihəsi üzrə ilk toplantı keçirilib
20:41 16.07.2024
Media
XİN rəhbəri Troy Duli ilə görüşdü
20:18 16.07.2024
Siyasət
Ərdoğan açıqladı: Nə Şərq, nə də Qərb...
20:01 16.07.2024
Dünya
TDT-nin Rəqəmsal Aqro Data Platforması yaradılacaq
19:49 16.07.2024
Gündəm
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib
19:10 16.07.2024
Gündəm
Şair Rafail İncəyurdun 70 illik yubileyi keçirildi
18:45 16.07.2024
Ədəbiyyat
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
18:05 16.07.2024
Aktual
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
17:56 16.07.2024
Cəmiyyət
Çay yoxsa qəhvə? -Dietoloqdan qızıl kimi məsləhət
17:45 16.07.2024
Cəmiyyət
Ən böyük prospektlərdən biri yenə bağlanır
Ən böyük prospektlərdən biri yenə bağlanır
17:39 16.07.2024
Cəmiyyət
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
17:33 16.07.2024
İqtisadiyyat
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
17:22 16.07.2024
Cəmiyyət
İlham Əliyev 7 fərman imzalayıb
İlham Əliyev 7 fərman imzalayıb
17:15 16.07.2024
Siyasət
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
17:09 16.07.2024
Dünya
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
16:53 16.07.2024
Dünya