Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Qurban bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid və Qarabağ müharibəsi veteranı ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.
“Sherg.az” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Səbail rayonunda şəhid Vüqar Muradovun, Yasamal rayonunda isə şəhid Cavid Quliyevin ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasəti, şəhid ailələrinə diqqət və qayğını öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.
Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.
Qeyd edək ki, SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən şəhid ailələrinin ziyarət olunması və onlara bayram sovqatlarının paylanılması həyata keçirilib.
Həmin prosesin davamı olaraq SHXÇDX rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının iştirakı ilə Xəzər rayonunda Qarabağ müharibəsi veteranı Nadir Mahmudovun, Nizami rayonunda şəhid Zakir Cəfərovun ailəsinə baş çəkilib və onları Qurban bayramı münasibətilə təbrik ediblər.
Bundan başqa Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədri Yusif Məmmədovun iştirakı ilə Göygöl rayonunda şəhid Arzu Ağayevin, Kəpəz rayonunda şəhid Seyfəddin Kərimovunailəsini ziyarət ediblər.
Həmçinin Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə və “Respublika Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini Əbülfət Hüseynovun iştirakı ilə Nəsimi rayonunda şəhid Arif Məmmədovun, Sabunçu rayonunda isə şəhid Rasim Eldarovun ailəsinə baş çəkib, Qurban bayramı münasibətilə təbrik ediblər.
Qurban bayramında bir qrup şəhid və veteran ailəsi ziyarət olunub – Fotolar+ Video
15:21 14.08.2019
Cəmiyyət
2307
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA inkişaf strategiyasının əsas hədəflərini açıqlayıb
15:38 10.01.2025
İdman
Azərbaycanda ötən ay 7 nəfər zəhərlənmədən ölüb
15:12 10.01.2025
Sağlamlıq
Aktaudakı Azərbaycan diasporundan nümunəvi addım - FOTO
15:06 10.01.2025
Cəmiyyət
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb
14:50 10.01.2025
Ekologiya
Ekspert: Bir çox ərazilərdə tramvayların hərəkəti bərpa olunacaq
14:46 10.01.2025
Cəmiyyət
Yanvar ayının təqaüdləri ödənilib
14:40 10.01.2025
Sosial
Bakıda bud əməliyyatına girən qadının burnunu kəsdilər
14:29 10.01.2025
Cəmiyyət
Psixopatları başa düşməyin ən asan yolu: Əksəriyyəti subay olur
14:17 10.01.2025
Sağlamlıq
Zurabişvili: Gürcü xalqının prezidenti olaraq qalıram
14:15 10.01.2025
Region
Bella Hadidin uşaqlığının keçdiyi ev kül oldu
14:09 10.01.2025
Gündəm
Bakıya QAR GƏLİR: Tarix bəlli oldu
14:04 10.01.2025
Ekologiya
Belçika Kralı İlham Əliyevə başsağlığı verib
13:52 10.01.2025
Siyasət