Səfir: “Pakistan Azərbaycana “JF-17” döyüş təyyarələri satmağa hazırdır” – Ermənistan narahatdır


Pakistan Azərbaycana “JF-17” döyüş təyyarələri satmağa hazır olduğunu bəyan edib.“Sherg.az” “armenews.com”a istinadən xəbər verir ki, bu barədə faktı Pakistan rəsmi dairələri də təsdiqləyib. Onlar bildiriblər ki, Pakistan Azərbaycanı adıçəkilən döyüş təyyarələri ilə təmin etməyə hazırdır.

Yazıda qeyd olunur ki, bu barədə PakistanınA zərbaycandakı səfiri Səyid Xan Məhəmməd Bakıda keçirdiyi mətbuat konfransında deyib. Səfir qeyd edib ki, indiyə qədər Azərbaycan Pakistandan 10 döyüş təyyarəsi alıb:

“Əgər ehtiyac yaranarsa,Pakistan Azərbaycana hərbi dəstək verməyə həmişə hazırdır”.
Qeyd edək ki, Pakistanın ölkəmizdəki səfirinin bu açıqlaması düşmən ölkədə ciddi naraharatlıq yaradıb.