Bal yarmarkasında iştirak üçün qeydiyyat başladı


Sentyabrın 28-dən oktyabrın 18-dəkKənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində“Aqrar tədarük vətəchizat” Açıq Səhmdar Cəmiyyəti vəAzərbaycan Arıçılar Assosiasiyasının birgətəşkilatçılığı iləarıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionununərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinəAzərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.

Nazirlikdən verilən məlumata görə, bal istehsalçıları yarmarkada iştirak etmək üçün öncədən qeydiyyatdan keçməlidir. İlk dəfəolaraq qeydiyyat prosesiwww.bal.kendden.azsaytı vasitəsiləonlayn olaraq həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq öz şəxsi məlumatlarını vətəsərrüfatları barədəməlumatları bildirməkləqeydiyyatdan keçəbiləcək. Qeydiyyat müddəti 6-11 sentyabr tarixləriniəhatəedəcək. Sentyabrın 12-dəqeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək vəməhsullarını nəvaxt gətirəcəkləri barədəməlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklənövbəlilikəsasında müəyyən ediləcək. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal vəhər arı ailəsi üzrə1ədəd olmaqla maksimum 30ədəd arı şanı (çərçivə) çıxara bilər.

Bal nümunələrinin qəbulu 13-24 sentyabr tarixləri arasında “Aqrar tədarük vətəchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğəsatış üçün yer vəlazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika vəanbar işinin təşkili vədigər xidmətlər daxildir.

Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)əməkdaşları tərəfindən istehsalçının iştirakı ilənümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinəbildiriləcək vəyalnız nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan istehsalçıların məhsullarının satışına icazəveriləcək. Nümunələrin nəticələri müsbət olmayan bal məhsullarının satışına icazəverilməyəcək vəməhsullar Aqrar Tədarük vəTəchizat ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq. Yarmarka bitdikdən sonra anbarda saxlanılmış məhsullar sahiblərinətəqdim ediləcək.