80 nəfər növbəti mərhələyə keçdi


Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2019-ci il sentyabrın 8-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak edən 237 namizəddən 189 nəfər müsabiqə şərtini ödəyərək - 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.