Bu gün Azərbaycanda TV və radio işləməyəcək


Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

"Sherg.az" xəbər verir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən, dörd dəfə profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da həyata keçiriləcək.