Yarasalarla bağlı bilmədiyiniz təhlükəli MƏQAM: quduzluq xəstəliyi..." - Alimdən xəbərdarlıq 


Amerikada insanları quduzluq xəstəliyinə yoluxduran başlıca amil yarasalardır.

« Sherg.az» «sciencesetavenir.fr »ə istinadən xəbər verir ki, 1960- 2018-ci illər ərzində dünya ölkələrində quduzlaşmadan ölənlərin 70 faizi yarasaların payına düşür. Amma bu, o demək deyil ki, yarasaların hamısı quduzluq xəstəliyinin daşıyıcısıdırlar.

Alim Emili Pyeraki bildirib ki, yarasalar ekosistemimizin qorunmasında mühüm rola malikdirlər.  Bu rəğmən bütün hallardan yarasalarla təmasdan uzaq durmaq gərəkir: "Bəzən insanlar  yarasaların sağlam olub- olmamasını düşünmədən ona toxunurlar. Bu, doğru deyil. Ən yaxşısı bütün vəhşi çöl heyvanları və quşlarından uzaq gəzməkdir. Bu quduzluq xəstəliyi heyvanlardan insanlara heyvanların ağız suyu, dişi və dırnaqları vasitəsilə keçə bilər. Çünki çöl heyvanları heç zaman vaksin olunmurlar. Onların bu virusun daşıyıcısı olmaları daha realdır ». 

Alim onu da əlavə edib ki, hər il dünyada 55 min insan quduzlaşma səbəbi ilə dünyasını dəyişib: 

"Bu hal Asiya və Afrika ölkələrində geniş yayılıb, Amerikada da az rast gəlinmir.  Bu virusa yoluxanların öncə qızdırması qalxır, daha sonra qızdırma şiddətlənir və insan bütün xarakterini dəyişir, sanki, vəhşi heyvana çevrilir və iki həftə ərzində dünyasını dəyişir.