Kolumbiyalı alimlərin araşdırmasına görə, körpə doğuş zamanı normal görünsə də, sonradan onlarda idrak gecikmələri olur
Hamiləlik dönəmində “Zika” virusuna yolxan qadınların övladlarında çatışmazlıqlar olur.
“Sherg.az” “sciencesetavenir.fr”ə istiandən xəbər verir ki, həmin körpələrin inkişafında müəyyyən geriləmələr olur:
“Körpə anadan olanda görünüşü normal olur. Kolumbiyalı alimlərin araşdırmasına görə, körpə doğuş zamanı normal görünsə də, sonradan onlarda idrak gecikmələri olur.
Anaları hamiləlik dövründə Zika virusuna yoluxan uşaqların böyük əksəriyyəti, mikrosefaliya kimi xəstəliyin qorxulu simptomları olmadan doğulur. Kolumbiyada doğuş zamanı normal görünən 70 azyaşlı uşağın üzərində aparılan araşdırma da göstərir ki, həmin uşaqların inkişafı bir az ləng gedir.
Amerikanın “Jama Pediatrics” jurnalında 6 yanvar 2020-ci ildə yayımlanan araşdırmaya görə, bu körpələr orta inkişafdan ən böyük mərhələlərində bir neçə ay geridə qalırlar: dönmə, oturma, sürünmək, gəzmək və pilləkənlərə qalxmaq kimi bacarıqlarında çətinliklər yaranır.
Bu gecikmələrin yaşla birlikdə artırılacağı və ya pisləşəcəyi məlum deyil, çünki tədqiqatçılar Zika virusu və onun nəticələri ilə bağlı araşdırmaların ilkin pilləsindədirlər: Bu virusun uşaqlara beş və ya səkkiz yaşlarında necə təsir edəcəyi hələ məlum deyil. Ona görə də anası “Zika”ya məruz qalan bütün körpələr tam böyüyənə qədər dəfələrlə yoxlamalardan keçməlidirlər. Virusun beyin inkişafına təsirini tam başa düşmək üçün uşaq məktəbə başlayana qədər və bəlkə də, daha uzun müddətə qədər izlənilməlidir.