Koronavirus insandan insana ötürülürmü?-Çinli alim aydınlıq gətirdi


Çinin Vuhan şəhərində yayılan koronavirusun insandan insana ötürülüməsi halı  təsdiqləndi. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, ümumilikdə, 218 insandan insana keçmə halı qeydə alınıb ki, onlardan 3 -ü ölümlə nəticələnib. 
Milli Sağlamlıq Komissiyasınin məşhur çinli alimi Zonq Nanşan “CCTV” dövlət televiziyasına insanlar arasında yoluxucu ötürülmənin sübut olunduğunu söyləyib. 
Qeyd edək ki, 1 ay öncə, Çinin Vuhan şəhərində bir bazarda yayılan koronavirus indi Yaponiya, Koreya və Taylanda da “ayaq açıb”.