Cənubi Koreyada 11 nəfər koronavirusa yoluxub 


Çində koronavirusun beşiyi sayılan Vuhandan 18 nəfər cənubi koreyalı xəstəxanaya yerləşdirilib. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu gün Vuhandan Seula 368 cənubi koreyalı evakuasiya edilib. Onlardan 18-i xəstəxanaya yerləşdirilib. Çünki həmin şəxslərdə koronavirusun əlamətləri müşahidə olunub. Bu barədə Cənubi Koreya səhiyyəsinin  vitse- prezidenti Kim Qan Lip məlumat verib.
O qeyd edib ki, 18 nəfər xəstəxanaya yerləşirilib, qalan 350 nəfər isə müvəqqəti saxlanılmaya göndəriliblər. Onlar iki həftə müvəqqəti saxlanılma şəraitində qalacaq. 2 həftədən sonra buraxılacaq, ancaq onların ölkədən çıxması yasaqlanacaq. 
Qurum rəsmisi bəyan edib ki, Cənubi Koreyada ümumilikdə indiyə qədər 11 nəfər koronavirusa yoluxub, onlardan yalnız 3-ü Çində tutulub.