Millət vəkili: "Dövlətin  apardığı səmərəli profilaktik tədbirlərə hər kəs dəstək olmalıdır"


Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülür. Bu tədbirlər daim ölkə başçısının  nəzarətinizdədir və ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir.

Dünən "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak edən prezident  İlham Əliyev  nitqi zamanı "Biz birlikdə güclüyük!" şüarını səsləndirərək əhalini həmrəy olmağa, məsələyə daha məsuliyyətli yanaşmağa çağırıb. Ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxananın fəaliyyətə başladığını xüsusi qeyd edən ölkə başçısı  bunun  çox əlamətdar hadisə olduğunu deyib:

“ Xəstəxana bütün müasir standartlara cavab verir.  Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır”.

“Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür”.

Bunu millət vəkili  Müşfiq Cəfərov deyib. Onun sözlərinə görə,  Azərbaycan təhlükə yaranar-yaranmaz vaxt itirmədən təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.

Millət vəkili  ölkə başçısının  “Biz birlikdə güclüyük” şüarını xatırladıb və  bəşəriyyəti qorxuya salan ciddi təhlükə ilə ölkəmizin mübarizəsi üçün dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hər kəsin dəstək olmasının vacibliyini vurğulayıb, hər kəsi Azərbaycan dövlətinin koronavirus infeksiyasının qarşısının alınması istiqmətində gördüyü mübarizə tədbirlərinə dəstək olmağa, dövlətin virusla mübarizə ilə bağlı qəbul etdiyi qərarlara intizamla əməl etməyə çağırıb.