Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur.İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
Millət vəkili Tamam Cəfərovanın qənaətinə görə, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini xüsusi dəyərləndirmək lazımdır.
Nazirik və onun bütün yerli qurumları qeyri-iş günlərində və xüsusi karantin dövründə gücləndirilmiş iş rejimində çalışırlar: “Bu dövlət qurumu indiki dönəmdə əlavə olaraq 65 yaşdan yuxarı olan şəxslərə sosial xidmətlər göstərir, könüllülərin fəaliyyətini koordinasiya edir, vətəndaşların çoxsaylı müraciətinə baxır. Nazirlik bütün müraciətləri növbəlik və şəffaflıq prinsipi ilə cavablandırır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi qrup isə qısa zaman kəsiyində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq təkliflərlə çıxış edib. Həmin təkliflər əsasında artıq müvafiq tədbirlər görülür. Azərbaycan hökuməti məhz bu məqamda qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul edib. Aprelin 9-dan başlayan bu proses çərçivəsində artıq 200 min işsiz üçün birdəfəlik vəsait ödənişi həyata keçirilib”.
Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası dövründə ölkə əhalisinin sosial müdafiəsini təşkil etmək üçün sosial siyasəti kompleks halında həyata keçirdiyini vurğulayan millət vəkili məhz pandemiya vəziyyəti nəzərə alınaraq ünvanlı dövlət sosial yardımı almaq müddəti bitən aztəminatlı ailələrə bu yardım dayandırılmadı. Həmin aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadıldı. Dövlətin hər zaman vətəndaşlarının qayğısına qaldığını və aidiyyəti qurumların dövlət başçısının tapşırığı üzrə öz işlərinin öhdəsindən gəldiyini qeyd edən Tamam Cəfərova qeyd edib ki, vətəndaşlarımız da öz məsuliyyətini dərk etməli və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək olmalıdır