Məktəblidən LİDERƏ: Əminəm ki, biz bu virusa asanlıqla qalib gələcəyik” - Biz birlikdə güclüyük !

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 


Ağdaş rayon 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aida Yusifova ölkə liderinə məktubunda qeyd edir:

Möhtərəm cənab Prezident, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımı sosial və iqtisadi tədbirlər görülmüşdür.

Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görədə hamı bu məsələyə çox ciddi yanaşmalı və öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Belə olduğu halda, mən əminəm ki, biz bu virusa asanlıqla qalib gələcəyik. Biz birlikdə güclüyük.

Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə bir şəhid ailəsi olaraq Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun ki, tədrislə bağlı bu cür işlər görmüşünüz. Sizin sayənizdə dərslərimi daha çox həvəslə oxuyuram. İnşallah bir gün müəllimə olsam, dərs keçəcəyim şagirdlərə ölkəmizin bu ağır sınaqlardan necə keçdiyindən danışacam. Allah Sizi qorusun”.