Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Xocalıdan məcburi köçkün, şəhid övladı Seymur Çobanov ölkə liderinə məktubunda bildirir:
“Möhtərəm cənab Prezidentim, mən Xocalıdan məcburi köçkün, eyni zamanda, şəhid övladıyam. Dünyada gedən bu ağır, çətin proseslərdə hətta inkişaf etmiş dövlətlərin də aciz qaldığı bu dövrdə Sizin qətiyyətli, uzaqgörən siyasətiniz və öncədən gördüyünüz qətiyyətli tədbirlər nəticəsində dövlətimiz, xalqımız bu çətinlikdən də üzüağ və güclü çıxa bildi. Bunun üçün biz Sizə - öz müdrik Prezidentimizə borcluyuq. Yaxşı ki, varsınız və nə yaxşı ki, bizim, bu gözəl ölkəmizin rəhbərisiniz. Cənab Prezidentim, biz qarabağlılar, bütün xalqımız inanırıq ki, Sizin rəhbərliyinizlə tez bir zamanda erməni virusuna da qalib gələcəyik və doğma torpaqlarımızı düşməndən azad edəcəyik. Allah Sizi qorusun, qəlbən sevdiyimiz müdrik Prezidentimiz!”.