Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Azərbaycan Texnologiya Universitetinin tələbəsi Elxan Hüseynovun məktubunda deyilir:
“Möhtərəm cənab Prezident, hazırda bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla üz-üzə qalmışdır. Pandemiyanın təhlükəsinin miqyası inkişaf etmiş dövlətlərin düşdüyü dəhşətli vəziyyətdə öz əksini tapmışdır. Belə bir fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, qabaqlayıcı tədbirlər, sosial rifahın yüksəldilməsi tədbirləri Sizin Azərbaycan xalqı üçün qayğıkeş lider olmağınızın təzahürüdür. Şəxsiyyətindən, yaşından və dinindən asılı olmayaraq həmişə vətəndaşlarımızın yanında olmuş, dərdlərinə dərman olmusunuz. Xarici media orqanlarında Azərbaycan Respublikasının pandemiya ilə apardığı mübarizə modelini nümunə kimi göstərildiyini görəndə dərin fəxr hissi keçirdirəm. Xalqımızın rifahı üçün göstərdiyiniz xidmətə görə Nizami yurdu Gəncədən Sizə ailəmizin səmimi qəlbdən salamını göndərir və dərin minnətdarlığımızı bildirirəm”.