Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Azərbaycan Prezidentinə məktub ünvanlayanlar arasında əcnəbi vətəndaşlar da var. Çinin Quancou Universitetinin tələbələri Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu və Vei Qi cənab İlham Əliyevə yazırlar:
“Hörmətli cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım, Sizi Çində yaşayan və Sizin pərəstişkarınız olan tələbələrin adından salamlayırıq. Biz Çinin Quancou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur və özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə və ailənizə hər şeyin ən yaxşısını arzulayırıq. Sizi nailiyyətlərinizə görə təbrik edir və sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir və dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz və müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt və daha parlaq həyat yaşadacaq. Sizə böyük işlərinizdə uğurlar arzulayırıq. Həyata keçirdiyiniz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi də planlaşdırırıq. Əgər Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi də məmnuniyyətlə nümayiş etdirərik. Dünyada koronavirusun yayıldığı bir vaxtda Sizə, ailənizə və xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik”.