Bu yollarda hərəkət məhdudlaşdırılacaq


Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərində, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 May küçəsinin kəsişməsinə qədər olan hissəsində, Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində mayın 8-i axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.