8 yaşlı qarabağlı qızdan türk dünyasına çağırış: “Bu gün İdlib, yarın Şuşa, Qarabağ!” – VİDEO

Türk ordusunun Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı bütün dünyada, xüsusilə də türk coğrafiyasında böyük maraqla izlənməkdədir.
Hansı ki, bu əməliyyatın ardınca oxşar anti-terror əməliyyatının Azərbaycanın işğal edilmiş torpaqlarında – Şuşada, Qarabağda həyata keçirilməsi ilə bağlı çoxsaylı çağırış və gözləntilər var. Şuşanın erməni terrorçuları tərəfindən işğalının 28-ci ildönümündə bu gözləntilərin daha da artdığı, sosial sifarişə, tarixi zərurətə çevrildiyi göz önündədir.
 "Sherg.az" xəbər verir ki, 8 yaşlı qarabağlı qız Zəhra İmranlının səsləndirdiyi “Bu gün İdlib, yarın Şuşa, Karabağ” şeiri də məhz türk dünyasının ümid və gözləntisindən, mübarizə əzmindən xəbər verir. Şeirin müəllifi jurnalist-tarixçi Seymur Əliyevdir.