Metroda maska istifadə etməyənlər cərimələnəcək? - RƏSMİ 


“Maska olmamasına görə insanların cərimələnməsi ilə “Bakı Metropoliteni” məşğul olmur”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

O qeyd edib ki, bununla aidiyyəti qurumlar məşğul olur:

“Metronun əksər stansiyalarında aptek var və insanlar oradan maska ala bilərlər”.

“Çalışmaq lazımdır ki, maska səhər saat 06:00-da yox, əvvəlcədən alınsın. Biz metrolarda fəaliyyət göstərən apteklərdə kifayət qədər maskanın olmasını xahiş etmişik”, - deyə sədr qeyd edib.