Ölkədə vətəndaşların sağlamlığı baxımından görülən tədbirlər sırasında Azərbaycan polisinin də özünəməxsus rolu var. Onlar həm qanun keşiyində dayanır, həm də Nazirlər Kabinetinin qəbul etdiyi qərarların, yəni "evdəqal-sağlam ol” tələblərinin yerinə yetirilməsini təmin edirlər. Bütövlükdə polislərimiz öz sağlamlıqlarını təhlükə qarşısında qoysalar da, hər gün iş başındadırlar.
![](https://sherg.az/uploads/editor/e1f128cad22e5d022018a25cf3ca4297.jpg)
Bu gün onlar daha bir xoşməramlı təşəbbüslə çıxış etdilər. Suraxanı Polis İdarəsinin əməkdaşları rayonun Yeni Günəşli və digər ərazilərində sakinlərə 1500 ədəddən artıq qoruyucu maskalar paylayıblar.
![](https://sherg.az/uploads/editor/d4d6c3462673bad64d78b8d5e1994023.jpg)
Bununla da onlar həm insanlara öz xoş münasibətlərini bildirib, həm də maarifləndirmə işi aparıblar. Bu da o deməkdir ki, ehtiyac olmasa, zərurət yaranmasa, izinsiz evdən çıxmayın. Evdə qalın ki, sağlam olasınız.