44 yaşında yüksək dozada narkotikdən öldü

Göygöl sakini yüksək dozada narkotikin təsirindən ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü rayon sakini Abdulayev Rizvan Firuddin oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, R.Abdulayev yüksək dozada narkotikin təsirindən ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.