Liderə minnətdarlıq: “Ölkəmizi həmişə qorumusunuz, bu gün də qoruyursunuz”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Bakı şəhər sakini Pərvanə Muradova ölkə liderinə məktubunda bildirir:

 “Möhtərəm cənab Prezident, mən evdar xanımam. İki övladım var. Özümə borc bildim ki, Sizə təşəkkür edim. Siz bizim ölkəmizi həmişə qorumusunuz, bu gün də qoruyursunuz. Yaxşı ki, bizim Prezidentimiz Sizsiniz. Yaxşı ki, biz Sizi seçmişik. Mən bu gün də evimdə çox rahat yaşayıram. Ən əsası, ölkəmizdə əmin-amanlığı qoruyursunuz. Bizi COVID-19 bəlasından qoruyursunuz. Bütün ölkələrdə hər gün minlərlə insan bu xəstəliyə düçar olur. Amma biz Sizin səyiniz nəticəsində bu xəstəliyə demək olar ki, qalib gəlmişik. Biz bu gün də evdə qalırıq, çünki bu bizim xeyirimizədir. Çox sağ olun, əziz Prezidentimiz. Sizi çox sevirik. Allah Sizi həmişə var etsin!. Həmişə bizim arxamızda dağ kimi dayanasınız. Allah Sizi pənahında saxlasın!”.