“Sosial şəbəkələrə filterlərin tətbiq edilməsi əks effekt verəcək”

“Siyasi məqsədlər bu platformaların sadəcə bir istiqamətidir”

“Biznes qurumların bu platformalar üzərindən milyardlıq dövriyyələr edirlər. Bundan başqa on minlərlə insan şəxsi biznesini məhz sosial şəbəkələr üzərindən qurur”


Donald Trampın “Twitter” ilə çəkişməsi bütün dünyada “sosial şəbəkələr necə tənzimlənməlidir” sualı ətrafında ciddi polemika yaradıb.  Əsas müzakirə predmeti isə odur ki,  paylaşılan informasiyalara görə ya istifadəçi qanun qarşısında cavabdeh olmalıdır, ya da şəbəkə administrasiyası.

ABŞ Prezidenti Donald Tramp tvitter səhifəsində yazıb ki, sosial şəbəkələr mühafizəkarların tərəfdarlarına qarşı qərəzli siyasətlərini davam etdirsələr, ABŞ hakimiyyəti onların fəaliyyətini sərt şəkildə tənzimləyəcək. Sosial şəbəkələrin mühafizəkarların səslərini tamamilə boğduğunu qeyd edən Tramp deyib ki,  2016-cı ildə onların nə etdiklərini gördük, amma sonra uğursuz oldu. Yenidən oxşar halın baş verməsinə icazə verə bilmərik”.

Tvitter  prezident seçkilərinə müdaxilə və söz azadlığını boğmaqda ittiham edən ABŞ prezidenti əlavə edib ki, sosial şəbəkələrin qərəzli yanaşmalarına görə onların fəaliyyəti dayandırıla bilər. O artıq ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam da imzalayıb. 



Məsələ münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov “Sherg.az”a açıqlamasında  prosesin şəxsi maraqlar üzərində qurulduğunu deyib: 

“Ən yaxın keçmişdə sosial şəbəkələrə cüzi filter tətbiq edən ölkələr belə tiran ittihamları ilə üz-üzə qalırdı. İndi “Twitter”in Trampa qarşı tətbiq etdiyi yoxlayıcı sual filteri bütün dünyanın müzakirəsinə çevrilib.

Əslində, mən hesab edirəm ki, sosial şəbəkələrin tam nəzarətə götürülməsi, yüksək filterlərin tətbiq edilməsi əks effekt verəcək. Siyasi məqsədlər bu platformaların sadəcə bir istiqamətidir.

Biznes qurumların bu platformalar üzərindən milyardlıq dövriyyələr edirlər. Bundan başqa on minlərlə insan şəxsi biznesini məhz sosial şəbəkələr üzərindən qurur. Əgər sosia mediaya qəliz filterlər, qadağalar qoyulsa, istifadəçilərin sayı surətlə azalacaq və sonda nüfuz sıfıra enəcəkdir.

Bu mənada biz Trampın şəxsinə qoyulan filterdən dolayı sosial şəbəkələrlə bağlı qəbul etdiyi qərarları əsas götürməməliyik. Bu proses hər bir ölkədə özünəməxsus şəkildə aparılmalıdır. Bu mənada mən hesab edirəm ki, Azərbaycan hökuməti, hər zaman mətbuat azadlığının qarantı rolunu qoruyub saxlamalı, əks addımlar atmamalıdır.

İstənilən halda sosial şəbəkələrdə insanların şəxslərinə yönəlik qərəzli paylaşımlarla bağlı ilkin hüquqi prosedurlar yaradılıb. İndiki mərhələdə bu huquqi cavabdehlik prosesə nəzarət etməyə imkan verir.

Əsas açıq sual xaricdə qərarlaşan və sifarişlə starteji maraqlarımızı hədəf götürən insanlarla bağlıdır. Hesab edirəm ki, onların qərarlaşdığı ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə bu prosesi də nizamlamaq olar”