Başqa yol yoxdur: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək!” 

“Bunun üçün biz gücümüzə güc qatmalı və  uyğun geosiyasi vəziyyəti gözləməliyik atdığımız bütün addımlar uğurla nəticələnsin”

“Odur ki,  hər birimiz Azərbaycan Prezidentinin nitqində səslənən  fikirləri milli çağırış kmi dəyərləndirməli onun reallaşması üçün əlimizdən gələni etməliyik" 




"Tərtər Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi  bir sıra mühüm strateji  istiqamətlər üzrə olduqca əhəmiyyətli  idi. Xüsusən də tarixi yaddaşımızın yenilənməsi baxımından  mühüm əhəmiyyət kəsb edir". 

Bu sözləri “Sherg.az”a millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, tarixi yaddaş milli yaddaşımızın əsas komponentidir və tarixi yaddaşı yarımçıq olan xalqın milli yaddaşı da bütöv olmur. Nəzərə alsaq ki , bu gün Azərbaycanın ərazisi ilə bərabər xalqımızn əsrlər boyu yaratdığı maddi və mədəni abidələrimiz, etnoqrafik  dəyərlərimiz də işğal altına düşüb və işğalçı Ermənistan tərəfindən özününküləşdirilib. Bu isə məsələnin bir daha nə qədər əhəmiyyətli olduğunu ortaya çıxarır: 

"Ancaq məsələ bununla da bitmir. Ermənistan bizə aid olan mədəniyyəti dünyaya  öz mədəniyyəti kimi təqdim etməklə həm tarixi saxtalaşdırır, həm də dünya ictimai rəyində öz işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Beləliklə tarixə münasibətdə də əsl terrorçu kimi davranır.   Ermənistanın bu gün də ənənələrinə sadiq qalaraq  regionda bir dövlət kimi deyil terror təşkilatı kimi davranır. Bu  faktor da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı qlobal ictimai rəydə erməni terrorunun real obrazı yaradılmalıdır. İşğalçı ölkənin təxribatına cavab olaraq Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatları zamanı aciz qalan Ermənisatnın dinc əhaliyi və  kəndlərimizi hədəfə alması bir daha  ermənilərin terrorist kimliyindən xəbər verir".  

Ermənistanın terrorist və cinayətkar ünsürlər tərəfindən idarə olunduğunu vurğulayan deputat deyib ki,  bu fakt da  dünya ictimaiyyətinin diqqətinə təqdim olunmalı mühüm  məsələdir: 

" Ermənistanı idarə edən , Azərbaycana qarşı soyqırımı həyata keçirən bir  işğalçı  prezidentin həbsdə olması , digərinin hərəkət imkanlarının məhdudlaşdırılması , birinin  özü və babasının faşist olması , faşist Qaragin Njədə heykəl ucaldılması , generallarının oğru olması bu ölkədə bütün sahələrdə əsl terror  mənəviyyatının hökm sürdüyündən xəbər verir.

Ancaq bununla belə bəzi beynəlxaq havadarların bu  ölkəni açıq və gizli şəkildə müdafiə etməsi dünyada olan ikili standartların bariz nümunəsidir. Belə olan halda Azərbaycanın necə məkirli , hansı səviyyədə terrorçu olan bir ölkə ilə mübarizə apardığı açıq şəkildə ortaya çıxır.

Bu həm də  bizim daha güclü olduğumuzu , tariximizi , beynəlxalq hüququ daha dərindən öyrənməyimizi zəruri edir. Tarixi və hüquqi bilgilərimiz kifayət qədər zəngin olmalı , diplomatik , hərbi , siyasi baxımdan güclü olmalıyıq. Azərbaycan Prezidenti məhz bu məslələrə diqqət çəkərək bildirdi ki , münaqişənin ,  bir  həlli yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır.

Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.  Bunun üçün biz gücümüzə güc qatmalı və  uyğun geosiyasi vəziyyəti gözləməliyik atdığımız bütün addımlar uğurla nəticələnsin. Odur ki,  hər birimiz Azərbaycan Prezidentinin nitqində səslənən  fikirləri milli çağırış kmi dəyərləndirməli onun reallaşması üçün əlimizdən gələni etməliyik" .