13 hakim vəzifəsindən azad edildi! – “Ədliyyə sahəsində islahatlar geniş miqyasda...”
Yusif Nəzərli
14:40 14.06.2022
Cəmiyyət
579
13 nəfər hakim tutduğu vəzifədən azad olunub.Korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Qeyd olunub ki, iclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib. Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.
Azərbaycan Milli QHT Forumunun sədri Rauf Zeyni ədliyyə sistemində aparılan islahatları “Sherg.az”a şərh edib. O, bildirib ki, bu kimi islahatlar şəffaflığın artmasına səbəb olacaq:
“Ölkə başçısı İlham Əliyev tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatlar davam edir. Ədliyyə naziri Fikrət Məmmədov da bu islahatları yüksək səviyyədə həyata keçirir. Bu islahat ədliyyə sistemində sağlam mühitin yaranması, inkişaf etdirilməsi və peşəkar kadrların cəlb olunması baxımından mühüm addımdır. Düşünürəm ki, bundan sonra ədliyyə sahəsində islahatlar daha geniş miqyasda görüləcək. Çünki ədliyyə, səhiyyə, təhsil kimi sahələr millətin aynasıdır. Hər hansı formada cəmiyyətdə nöqsan baş veririsə, birinci növbədə bu sahələrdəki nöqsanlar araşdırılır.
R.Zeyni hesab edir ki, sağlam ədliyyəsi olan millətin gələcəyi də sağlam və perspektivli olar:
“O baxımdan düşünürəm ki, idarəetmənin bütün sahələrində islahatlar davam edir. Amma qeyd etdiyim sahələrdə inkişafa və islahata daha çox ehtiyac duyulur. Bu islahatlar aparılmalıdır və öz bəhrəsini verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz