"Əsgərlərimiz qarış-qarış Qarabağımızı qaytarır"

Hacı Şahin Həsənli səngərdə savaşan qəhrəmanlarımız önündə baş əyir

"Şanlı ordumuzdan anbaan xoş xəbərlər eşitməkdəyik". 
Bu sözləri ilahiyyatçı-alim Hacı Şahin Həsənli deyib. O bildirib ki, Azərbaycan əsgəri yüksək döyüş ruhiyyəsi və qələbə əzmi ilə əks-hücuma keçərək, qarış-qarış Qarabağımızı qaytarır:

"Xalqımız bu müqəddəs işdə yüksək əhval-ruhiyyə ilə ordumuzun yanındadır. Bu yolda şəhid olan və yaralanan igidlərimiz, səngərdə savaşan qəhrəmanlarımız önündə baş əyir, Allahdan tezliklə qələbə xəbərini eşitməyimizi arzu edirəm. Heç şübhəsiz, bu ruhiyyədə olan əsgərlərimiz mütləq bizə qələbə sevincini yaşadacaqlar. Bu mübarizə haqq mübarizəsidir. Biz heç kimin torpağına təcavüz etməmişik, öz tarixi torpaqlarımızı isə heç kimə güzəştə getməyəcəyik. Allahın nüsrəti yaxındır".