Füzulidə ağır qəza olub, ölən var

Füzulidə yol qəzası baş verib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn VAZ markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində həyatını itirib.

“Toyota”nın sürücüsü, Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nicat Qafar oğlu Şükürov və sərnişin Füzuli rayon Qayıdış-5 qəsəbə sakini, 1981-ci il təvəllüdlü Səlim Mərdan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.